Bakıda Türkiyə-Azərbaycan-İran XİN rəhblərinin iclası keçirilir.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, İranın XİN rəhbəri Məhəmməd Zərif "İRNA" agentliyinə ABŞ-ın İranı ittiham etdiyi raket məsələsinə görə açıqlama verib.
Zərif qeyd edib ki, ABŞ-ın ittihamları məqsədli şəkildə edilən təhlükəli hərəkətdir.
Zərif deyib: "ABŞ əsassız şəkildə İranı günahlandırır. Məsələni BMT-yə çatdırdıq. BMT-nin baş katibi Antonio Quterresə dedik. ABŞ-ın ittihamları qızışdırıcı və təhlükəli bir aksiyadır. Vaşinqton günahsız yəmən xalqını bombalamağı dəstəkləyir və Qüds məsələsini ört-basdır etməklə bu ittihamları gündəmə gətirir".