Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ-ın ittihamlarına cavab verdi — <font color=red><b>"BMT-yə şikayət etdik"</b></font>

10:03 - 21 Dekabr 2017 tarixində dərc olunub.

Bakıda Türkiyə-Azərbaycan-İran XİN rəhblərinin iclası keçirilir.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, İranın XİN rəhbəri Məhəmməd Zərif "İRNA" agentliyinə ABŞ-ın İranı ittiham etdiyi raket məsələsinə görə açıqlama verib.

Zərif qeyd edib ki, ABŞ-ın ittihamları məqsədli şəkildə edilən təhlükəli hərəkətdir.

Zərif deyib: "ABŞ əsassız şəkildə İranı günahlandırır. Məsələni BMT-yə çatdırdıq. BMT-nin baş katibi Antonio Quterresə dedik. ABŞ-ın ittihamları qızışdırıcı və təhlükəli bir aksiyadır. Vaşinqton günahsız yəmən xalqını bombalamağı dəstəkləyir və Qüds məsələsini ört-basdır etməklə bu ittihamları gündəmə gətirir".

Müəllif: