Türkiyə Səfirliyinin mətbuat müşaviri Mətbuat Şurasında olub

17:58 - 19 Dekabr 2017 - MEDİA

Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. 


Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, görüşdə 2018-ci ildə Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, qardaş ölkənin Səfirliyi hər zaman Azərbaycan mediasının inkişafına öz dəstəyini göstərib. Bu dəstək istər kütləvi informasiya vasitələri əməkdaşlarının təcrübə məqsədli qarşılıqlı səfərlərinin, istərsə də birgə konfransların təşkili formasında olub. 

H.Karadeniz təmsil etdiyi diplomatik missiyanın 2018-ci ilin də qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətli tədbir və təşəbbüslərə dəstək göstərəcəyinə inandığını vurğulayıb. O, Mətbuat Şurası ilə mövcud istiqamətdəki işbirliyinin davamlılığının vacibliyini əsaslandırıb. 

Görüşdə eyni zamanda jurnalistika sahəsində təhsil proqramlarının reallaşdırılması ilə bağlı da fikir mübadiləsi aparılıb. 

Xəbər xətti