Dekabrın 18-də saat 18 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Bakı şəhər sakini Nadir Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Günel Cavadovanı və azyaşlı oğlu Salmanı vurub.
Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, hadisə nəticəsində G.Cavadova orada ölmüş, uşaq xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.