Türkiyədə son bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib.
Ucnoqta.az “Report” "Anadolu"a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin “Ferhat Yılmaz” kod adı altında dekabrın 11-dən 18-dək keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, 4-ü sağ ələ keçirilib, 15 terrorçu isə təslim olub.
Qeyd olunub ki, son bir həftə ərzində ümumilikdə 187 antiterror əməliyyatı keçirilib.