Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib

00:55 - 19 Dekabr 2017 tarixində dərc olunub.

Türkiyədə son bir həftə ərzində 28 terrorçu zərərsizləşdirilib. 

Ucnoqta.az “Report” "Anadolu"a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin “Ferhat Yılmaz” kod adı altında dekabrın 11-dən 18-dək keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb, 4-ü sağ ələ keçirilib, 15 terrorçu isə təslim olub. 

Qeyd olunub ki, son bir həftə ərzində ümumilikdə 187 antiterror əməliyyatı keçirilib.

Müəllif: