Mingəçevirdə 32 yaşlı qadın dəm qazından ölüb
12:43 - 17 Dekabr 2017 - HADİSƏ
Mingəçevirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Günəşli qəsəbəsində yaşayan Ağdam rayonundan məcburi köçkün, 1985-ci il təvəllüdlü Nuriyyə Albalıyeva hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.