Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi qeydə alınıb.
Qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.