DİN: Lənkəranda 15 yaşlı oğlan özünü güllələyib

23:25 - 15 Dekabr 2017 - HADİSƏ

Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.
 
Ucnoqta.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən bildirir ki, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.
 
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti