Fransanın cənubundakı Perpiqnan şəhərində faciə baş verib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, qatar ilə 11-15 yaşlı məktəb şagirdlərini daşıyan avtobus toqquşub.
Fransanın daxili işlər nazirliyindən verilən açlqlamada bildirilir ki, ən azı 4 azyaşlı həlak olub. 19 nəfər isə xəsarət alıb. Yaralananlardan 7-sinin vəziyyəti ağırdır.
Əraziyə cəlb edilən xilasedicilər yaralıları xəstəxanalara çatdırıb. Fransa prezidenti Emmanuel Makron Tvitterdə açıqlama verərək baş verən faciədən kədərləndiyini, hökumətin ailələrə yardım etmək üçün hərəkətə keçdiyini bildirib.