Ucnoqta.az
www.ucnoqta.az

Fransada faciə — <font color=red><b>Məktəb avtobusu qatarla toqquşdu</b></font>

11:10 - 15 Dekabr 2017 tarixində dərc olunub.

Fransanın cənubundakı Perpiqnan şəhərində faciə baş verib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, qatar ilə 11-15 yaşlı məktəb şagirdlərini daşıyan avtobus toqquşub.
 

Fransanın daxili işlər nazirliyindən verilən açlqlamada bildirilir ki, ən azı 4 azyaşlı həlak olub. 19 nəfər isə xəsarət alıb. Yaralananlardan 7-sinin vəziyyəti ağırdır. 
 

Əraziyə cəlb edilən xilasedicilər yaralıları xəstəxanalara çatdırıb. Fransa prezidenti Emmanuel Makron Tvitterdə açıqlama verərək baş verən faciədən kədərləndiyini, hökumətin ailələrə yardım etmək üçün hərəkətə keçdiyini bildirib.

Müəllif: