Türkiyəli müğənnilər Muazzez Ersoy və Aşkın Nur Yengi "O Səs Türkiyə" mahnı yarışmasından narazılıqlarını dilə gətirib. Sənətçilər bu formatda müsabiqələri bəyənmədiklərini ifadə edib.
“Ucnoqta.az” xəbər verir ki, Muazzez Ersoy isə bu vaxta qədər heç bir səs yarışmasında münsif üzvü olmadığını dilə gətirib: "Hesab edirəm ki, belə bir formatda müsabiqənin münsiflər heyətinə ustad sənətçilər daxil edilməlidir. Yəni, həqiqi mənada musiqiçi olmalıdır. Təsadüfən əlinə mikrofonu alıb əzbərlədiyi üç-beş mahnını söyləyən, amma musiqinin dərinliyi ilə bağlı heç bir məlumata malik olmayan insanların münsif olması mənə gülməli gəlir. Gülməlidir... Münsif üzvləri musiqinin veteranlarından ibarət olmalıdır. Tamaşaçılar isə bu yarışma münsiflərinin bazaları olduğunu güman edir. Onların özlərinin vokal müəlliminə ehtiyacları varkən səs yarışlarında jürilik etmələri həqiqi mənada komediyadır! Şəxsən mən gülürəm. Təkrar edirəm ki, orada konservatoriyalardakı müəllimlər və veteran musiqiçilər olmalıdır. Oxuduğu mahnının tonunu bilməyənlər bu gün münsiflik edir! Belə bir cəfəngiyyat yoxdur! Məsələn, Bülent xanım çox yaxşı müsif ola bilər. O cümlədən, Muazzez Abacı. Mən baxmıram. Kanalları çevirərkən təsadüfən görsəm, gülüb keçirəm".
Aşıkn Nur Yengi isə keyfiyyətli mahnıların olmamasından gileylənib: "Türk musiqisi deyilən bir şey qalmadı, bu, məni çox üzür. Mahnıların saxta baxılma sayı mənə məntiqli gəlmir, Türkiyəyə görə çox şişirdilib". Sənətçi onu da əlavə edib ki, musiqi yarışlarında münsif üzvlüyü üçün təklif alıb, lakin şou formatında olduğu üçün qəbul etməyib. Məlumat üçün bildirək ki, bu gün Türkiyədə ən çox izlənən və marağa səbəb olan yarışma "O Səs Türkiyə"dir.//Publika.az//