Azərbaycanı gələn il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova (Aisel) SSRİ xalq artisti Flipp Kirkorov və Rusiyanın məşhur ulduzu Ani Lorak ilə görüşüb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar “Bonjour” jurnalının yubiley mərasimində bir araya gəliblər. Aysel rəsmi instaqram hesabında hər iki tanınmışla fotolarını paylaşıb.
Gənc müğənni Kirkorov barəsində fikirlərini qeyd edib: “Yenindən Flipp Kirkorov ilə görüşmək xoş idi. Dəyərli məsləhətləri və dəstəyə görə təşəkkür edirəm. Ümid edirəm ki, tezliklə görüşəcəyik”.
Məmmədova ukraynalı diva Ani Lorakın “Eurovision – 2009” müsabiqəsindəki çıxışından danışıb: “Onun “Eurovision”dakı çıxışı inanılmaz idi və gələcəkdə yarışmaya qatılacaq bütün iştriakçılar üçün ilham qaynağı oldu”.