Bakıda ər və arvad dəm qazından zəhərlənib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bayıl qəsəbəsində dekabrın 13-də saat 23 radələrində baş verib.
Bakı şəhər sakinləri, 1963-cü il təvəllüdlü Nəzər İsmayılov və həmyaşıdı olan həyat yoldaşı Nigar İsmayılov yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.
Toksikologiya Mərkəzinə yerləşdirilən ailənin vəziyyəti orta ağırdır.