Elm adamları kosmosla bağlı yeni açıqlama veriblər.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Günəş Sisteminin ən böyük "cücə planet"i olan Seresdə geoloji aktivlik davam edir.
Planetin səthində 2015-ci ildə kəşf edilən parlaq nöqtələrin sirri açılır. Yeni araşdırmalar nəticəsində 2 il ərzində yüzlərlə parlaq nöqtəcik aşkarlanıb və qeyd edilir ki, planetdə geoloji aktivlik davam edir, bu nöqtələr də aktivliyin nəticəsidir.
NASA-nın məlumatlarına əsasən, Seres planetinin səthində 300-dən çox parlaq nöqtə kəşf edilib. Planeti tədqiq edən kosmik aparatın göndərdiyi məlumatları açıqlayan Kerol Reymond deyib: "Planetin səthindəki sirli nöqtələr əvvəldən diqqətimizi çəkmişdi. Bu, Seresin sahib olduğu yeraltı okeana dair bir dəlil olma xüsusiyyətini daşıyır".