Ucnoqta.az
www.ucnoqta.az

Kosmosla bağlı yeni kəşf elm adamlarını həyəcanlandırdı

00:48 - 14 Dekabr 2017 tarixində dərc olunub.

Elm adamları kosmosla bağlı yeni açıqlama veriblər.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Günəş Sisteminin ən böyük "cücə planet"i olan Seresdə geoloji aktivlik davam edir.

Planetin səthində 2015-ci ildə kəşf edilən parlaq nöqtələrin sirri açılır. Yeni araşdırmalar nəticəsində 2 il ərzində yüzlərlə parlaq nöqtəcik aşkarlanıb və qeyd edilir ki, planetdə geoloji aktivlik davam edir, bu nöqtələr də aktivliyin nəticəsidir.

NASA-nın məlumatlarına əsasən, Seres planetinin səthində 300-dən çox parlaq nöqtə kəşf edilib. Planeti tədqiq edən kosmik aparatın göndərdiyi məlumatları açıqlayan Kerol Reymond deyib: "Planetin səthindəki sirli nöqtələr əvvəldən diqqətimizi çəkmişdi. Bu, Seresin sahib olduğu yeraltı okeana dair bir dəlil olma xüsusiyyətini daşıyır".

Müəllif: