Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılmışdır.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılmışdır.
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılmışdır.
Araşdırma aparılır.