Sabah Azadlıq prospektinin bir hissəsi bağlanacaq

17:04 - 12 Dekabr 2017 - Xəbər

Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

 “Azəravtoyol” ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq 13 dekabr səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
 
Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.
 

Xəbər xətti