Müğənni və aktrisa Zuhal Olcay barəsində cinayət işi açılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etməkdə ittiham olunur.
Bildirilik ki, müğənni 2016-cı ildə İstanbulun Kadıköy ərazisində səhnədə çıxış edib və fasilə zaman Ərdoğan haqqında nalayiq ifadələr söyləyib. Olcayın məkandan çəkilən görüntüləri prokurorluğa təqdim olunub.
Sənətçinin “Prezidenti təhqir etmək” maddəsi ilə 1 il 2 aydan 4 il 8 aya kimi həbsi islənilir.