Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

16:21 - 12 Dekabr 2017 - Xəbər

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

 
Ucnoqta.az APA-ya istinadən bildirir ki, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

 
Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.
 
Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

Xəbər xətti