Gələn ilin iyul ayında (26-29) Bakıda “Jara” musiqi festivalında iştirak edəcək rusiyalı məşhurların adları açıqlanıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə festivalın rəsmi instaqram səhifəsində məlumat verilib.
Beynəlxalq musiqi gecəsində Qriqoriy Leps, Ani Lorak, Svetlana Loboda, Monatik, Dima Bilan, Serger Lazerev, Nyuşa, Slava və başqa ulduzlar səhnəyə çıxacaq.