Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yazıb. O qeyd edib ki, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb:
“Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.