Qusarda bələdiyyə üzvü özünü asdı

19:25 - 12 Dekabr 2017 - HADİSƏ

Qusarda intihar olub.
 

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
 
Qeyd edək ki, intihar edən İ. Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub. 

Xəbər xətti