Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə hava zərbələri endiriblər.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Baş Qərargahı xəbər yayıb.
Məlumata görə, hava əməliyyatı İraqın Hakurk rayonunda həyata keçirilib.
Baş Qərargahın yaydığı məlumata görə, hava zərbələri nəticəsində PKK-nın bir neçə hərbi məntəqəsi və 17 terrroçu məhv edilib.