Daxili işlər orqanlarında yeni təyinat olub

15:10 - 11 Dekabr 2017 - Xəbər

Bakıda polis bölmələrindən birinin rəisi dəyişdirilib

 
Daxili işlər orqanlarında yeni təyinat olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vidadi Qurbanov vəzifəsindən azad olunub.

Onun yerinə polis polkovniki Sahib Babayev təyin edilib.
 

Bu təyinata qədər S.Babayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xəbər xətti