Azərbaycan BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini artıracaq

13:04 - 11 Dekabr 2017 - Xəbər

Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.
 

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda BMT-nin yaydığı məlumatda bildirilib. 
 
Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib:
 
“Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib”.
 
Qeyd edək ki, son 3 ay ərzində Fonddan Banqladeşə rohinca qaçqınları üçün yardım proqramı çərçivəsində 19 milyon dollar ayrılıb. Bundan başqa, “İrma” və “Mariya” qasırğalarından əziyyət çəkmiş Karib hövzəsi ölkələrinə Fond tərəfindən operativ yardım göstərilib.

 

Xəbər xətti