Şirvan şəhərində yanğın baş verib, ölən var.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata istinadən bildirir ki, Şirvan şəhərində ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış meyiti aşkarlanıb. Yanğın söndürülüb.