Rusiyanın Stavrpol şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 3 silahlı zərərsizləşdirilib. Şəhərdə tətbiq olunan antiterror əməliyyatı rejimi ləğv edilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, əməliyyat Simferopol küçəsindəki 4 mərtəbəli binanın 2-ci mərtəbəsidə keçirilib. 3 silahlı zərərsizləşdirilib. Onların insanların kütləvi toplaşdığı yerlərdə partlayış törətməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, bu gecə Rusiyanın Stavropol şəhərinin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.