Ucnoqta.az
www.ucnoqta.az

Stavropolda antiterror əməliyyatı - <font color=red><b>3 silahlı zərərsizləşdirilib</b></font>

13:37 - 9 Dekabr 2017 tarixində dərc olunub.

Rusiyanın Stavrpol şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində 3 silahlı zərərsizləşdirilib. Şəhərdə tətbiq olunan antiterror əməliyyatı rejimi ləğv edilib.

 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumata əsasən, əməliyyat Simferopol küçəsindəki 4 mərtəbəli binanın 2-ci mərtəbəsidə keçirilib. 3 silahlı zərərsizləşdirilib. Onların insanların kütləvi toplaşdığı yerlərdə partlayış törətməyi planlaşdırdığı bildirilir.

 

Qeyd edək ki, bu gecə Rusiyanın Stavropol şəhərinin bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Müəllif: