Tanışını butulka ilə öldürənə 11 il həbs verildi

23:24 - 8 Dekabr 2017 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışının başına araq butulkası vuraraq öldürməkdə təqsirləndirilən Sərxan İsmayılova hökm oxunub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Tamella Nəsrulayevanın icraatında olan prosesdə S.İsmayılov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xaçmaz rayonunda fəhlə işləyən S.İsmayılov kafedə tanışı Əlihüseyn Əzizli ilə yeyib-içiblər. Sərxoş dostlardan Ə.Əzizlinin digərini söyməsi davaya səbəb olub və S.İsmayılov stolun üstündəki 0.7 litrlik araq butulkasını onun başına çırpıb.  Xəstəxanaya yerləşdirilən Ə.Əzizli 3 gün sonra vəfat edib.

Xəbər xətti