Dəhşətli qətldə öldürülənlərin meyitləri ailənin yaxınlarına təhvil verilib

13:06 - 8 Dekabr 2017 - HADİSƏ

Salyan rayonunda ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

 

Daha sonra hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb və cinayəti törədən ata və oğul həb edilib.Cinayətin törədildiyi yer bəlli edilərək meyitlər-Mehparə Nadir qızı Əliyeva və dörd qızı - İradə Əliyeva, Rəqibə Əliyeva, Sevda və Ümidə Əliyevalar çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.

 

Ucnoqta.az” xəbər verir ki, bütün araşdırılmalar aparıldıqdan sonra, bu gün səhər meyitlər ailənin yaxınlarına təhvil verilib.

 

Xəbər xətti