Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Hafiz Gülməmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdiirlib. Belə ki, H.Gülməmmədov 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 ilə endirilib
İttiham aktına əsasən, hadisə 2016-cı ilin avqust ayının 6-da Xaçmaz rayonu, Fərzəlioba kəndində baş verib. H.Gülməmmədov küçədə təsadüfən rastlaşdığı sərxoş vəziyyətdə olan Natiq Davudovu onu avtomaşına dəvət etməsindən ehtiyat edərək qaçıb. Daha sonra N.Davudov onun arxasınca qaçıb yaxasından tutub. Bu zaman H.Gülməmmədov döyüləcəyindən qorxaraq üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə N.Davudovun bir dəfə qarın nahiyəsindən və iki dəfə boğazından vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
H.Gülməmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.