İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra açıqlamalar verib.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib. Bundan başqa açıqlamada bildirilir ki, İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir.
Netanyahu deyib: "Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb".
Sözügedən ölkələrin adını açıqlamayan baş nazir bu dövlətlərin bəzilərinin səfirliklərini Qüdsə ABŞ-dan əvvəl köçürəcəyini iddia edib.
İsrail ordu baş qərargahı təcili iclas keçirərək İordan çayının qərb sahilinə hərbi birliklər cəlb etmək barədə qərar qəbul edib.