Ucnoqta.az
www.ucnoqta.az

İsraildən Qüds açıqlaması — <font color=red><b>"Hərbçiləri əraziyə cəlb edirik"</b></font>

15:00 - 7 Dekabr 2017 tarixində dərc olunub.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra açıqlamalar verib.

Ucnoqta.az "Ölkə.Az"a istinadən  xəbər verir ki, Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib. Bundan başqa açıqlamada bildirilir ki, İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir.

Netanyahu deyib: "Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb".

Sözügedən ölkələrin adını açıqlamayan baş nazir bu dövlətlərin bəzilərinin səfirliklərini Qüdsə ABŞ-dan əvvəl köçürəcəyini iddia edib.

İsrail ordu baş qərargahı təcili iclas keçirərək İordan çayının qərb sahilinə hərbi birliklər cəlb etmək barədə qərar qəbul edib.

Müəllif: