Ötən gün axşam saatlarından başlayaraq, şimal bölgəsinin əksər yaşayış məntəqəsində hava yağışlı olub.
Ucnoqta.az APA-nın şimal bürosuna istinadən xəbər verir ki, dağlıq və dağətəyi ərazilərdə isə qar və sulu qar müşahidə edilib. Qarın hündürlüyü 2-28 sm arasında dəyişir. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 28 sm-ə çatır. Qubanin Xaltan kəndində 19 sm, Qırızda 20 sm, Qonaqkənddə 18 sm, rayon mərkəzində 3 sm, Qusarın Ləzə kəndində 20 sm hündürlüyündə qar düşüb.
Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib.