Tovuzda iki nəfər evdə zəhərlənib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Vahidli kəndində baş verib.
Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.
Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.