Mixail Saakaşvili Ukrayna Baş Prokuroru Yuri Lutsenkonun ifadə vermək üçün yerli prokurorluğa gəlmək çağırışını geri çevirib və müstəntiqləri Radanın önündəki çadırına dəvət edib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü jurnalistlərə deyib.
“Mən heç bir yalançı Baş prokurorun yanına getmərəm. O ikiüzlü və savadsız adamdır. Onu Ukraynanın Baş prokuroru saymıram”.
Eyni zamanda, Saakaşvili saat 20:00-da Kiyevin mərkəzində Pyotr Poroşenkonun istefası tələbi ilə mitinq təşkil edəcəyini də vurğulayıb.