Ucnoqta.az
www.ucnoqta.az

Saakaşvili ifadə vermək üçün müstəntiqləri çadırına çağırdı

12:39 - 6 Dekabr 2017 tarixində dərc olunub.

Mixail Saakaşvili Ukrayna Baş Prokuroru Yuri Lutsenkonun ifadə vermək üçün yerli prokurorluğa gəlmək çağırışını geri çevirib və müstəntiqləri Radanın önündəki çadırına dəvət edib.

 
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasətçi özü jurnalistlərə deyib.
“Mən heç bir yalançı Baş prokurorun yanına getmərəm. O ikiüzlü və savadsız adamdır. Onu Ukraynanın Baş prokuroru saymıram”.
 
Eyni zamanda, Saakaşvili saat 20:00-da Kiyevin mərkəzində Pyotr Poroşenkonun istefası tələbi ilə mitinq təşkil edəcəyini də vurğulayıb.
 

Müəllif: