Cəlilabadda narkotik vasitəsi satmaq istəyən İran vətəndaşı saxlanılıb.
Ucnoqta.az "Report"un Aran bürosuna istinadən xəbər verir ki, sərhəd buraxılış məntəqəsindən qanuni yolla Azərbaycan ərazisinə keçən Sabir Dərgahi burada digər İran vətəndaşı olan Əli adlı şəxsdən satılması üçün narkotik maddə olan heroin əldə edib.
Polisin keçirdiyi əməliyyat zamanı o, narkotik maddəni şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Onun üzərində olan 9,275 qram narkotik maddə maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.