Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına bu gün səhər saatlarında verilib.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə APA-ya H. Məmmədovun vəkili Afət Qaziyeva bildirib.
Onun sözlərinə görə, H. Məmmədov artıq dəfn olunub.
Vəkil H. Məmmədovun harada dəfn olunduğu açıqlamayıb.
A. Qaziyeva qeyd edib ki, H. Məmmədovun ailəsi onun dəfn olunduğu yeri ictimaiyyətə açıqlamaq istəmir.