Kürdəmirdə intihar hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən bildirir ki, rayon sakini, 1957-ci il təvəllüdlü Mehparə Ramazan qızı Rəsulova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.