Hadisə şəhərdə yerləşən avtoyuma məntəqəsində baş verib
Naftalan şəhərində avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən avtoyuma məntəqəsində baş verib.
Belə ki, avtoyuma məntəqəsində maşın yuyan, hələlik kimliyi açıqlanmayan, Xocalı rayonundan məcburi köçkün olan orta yaşlı kişini cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.