Bakıda 3 uşaq atası intihar edib

11:46 - 4 Dekabr 2017 - HADİSƏ

Nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub

Bakıda intihar hadisəsi baş verib. Ucnoqta.az SİA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib. Məlumata görə, 3 övlad atası və nevroz xəstəsi olmuş Q.Quliyev Nevroloji Dispanserdə qeydiyyatda olub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti