ABŞ-da keçirilən məhkəmədə Türkiyə hakimiyyəti əleyhinə ifadələri ilə böyük etirazlara və ciddi reaksiyalara səbəb olan Rza Zərraba məşhur müğənni İbrahim Tatlısəsdən dəstək gəlib.
Türkiyə musiqisinin imperatoru sosial şəbəkə hesabından yazıb:
"Mən bu günə qədər sizlərə yalan dedimmi? Sanmıram. Çünki mən inandığım insanı müdafiə edirəm. Əgər o oğrudursa, o zaman mən də oğruyam"./Kult.az//