Ağdamda 1 ay öncə əri ölən qadın intihar etdi

15:10 - 2 Dekabr 2017 - HADİSƏ

Ağdamda 53 yaşlı qadın intihar edib.

 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Üçoğlan ərazi nümayəndəliyinin Ballar kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılova Səmayə Kamal qızı özünü anasının yaşadığı evin həyətindəki tikilidə asıb. Hadisə səhər saatlarında baş verib. Ev sahibləri qadının meyitini asılmış vəziyyətdə aşkarlayıblar.

 

Məlumata görə, S.İsmayılovanın həyat yoldaşı 1 ay öncə qəfil dünyasını dəyişib və qadın bundan psixoloji sarsıntı keçirib.

 

Ailənin birgə nikahdan övladları olmayıb.

Xəbər xətti