Biləsuvar sakini keçmiş kürəkəni tərəfindən öldürülüb

14:25 - 2 Dekabr 2017 - HADİSƏ

Biləsuvarda qətl törədilib.

 

Ucnoqta.az APA-nya istinadən bildirir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Xəbər xətti