Azercell iPhone X kampaniyasına start verdi

16:08 - 1 Dekabr 2017 - Xəbər

iPhone X telefonlarının Azərbaycanda rəsmi təqdimatçısı Azercell Telecom MMC  öz abunəçiləri üçün yeni iPhone X telefonları üzrə cəlbedici kampaniyaya başlayır. Belə ki, ayda cəmi 129 manat ödəməklə, abunəçilər ən müasir smartfona sahib ola və 30GB həcmində Hedsiz internet paketi əldə edə biləcəklər.

1-8 dekabr tarixləri ərzində kampaniyaya qoşulan müştərilər isə telefonu aldıqları tarixdən sonrakı bir ay ərzində Hedsiz tarifindən pulsuz yararlana biləcək.         
 
iPhone X kampaniyasına qoşulmaq üçün abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Telefonların sayı məhduddur. 
 
Məlumat üçün qeyd edək ki, iPhone X iPhone-un ən yeni nəsil modelidir və yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir. 
 
Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək. 
 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Xəbər xətti