İsmayıllıda motel yanıb.
Bu barədə Ucnoqta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Gəndov kəndində ümumi sahəsi 1575 m² (hər mərtəbəsinin və mansardının sahəsi 525 m²) olan ikimərtəbəli 7 otaqlı motelin yanar konstruksiyaları yanıb. Motelin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.