General polkovniki Gəncəyə rəis təyin etdi

19:40 - 16 İyun 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

Ucnoqta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Xəbər xətti