İlon Mask iyunun 14-də İran üzərində Starlink sisteminin işə salındığını elan edib.
Ucnoqta.az xəbər verir ki, o bu barədə X-də yazıb.
"Şüa siqnalları aktivdir" - iş adamı qeyd edib.
Musk bu şərhi bir istifadəçinin ondan İran vətəndaşları üçün Starlink peyk internet sistemini aktivləşdirməyi xahişi postunun altına yazıb.
Yazı müəllifi bunu “İran rejiminin tabutuna son mismar vurmaq” üçün istəyib.